Koronavirusun dərmanı sınaqdan keçiriləcək

Koronavirusun dərmanı sınaqdan keçiriləcək

Oksford Universitetinin koronavirusa qarşı yaratdığı "ChAdOx1 nCoV-19" olaraq bilinən və İngiltərədə test edilməyə başlanan vaksin Afrika ölkələrində də test ediləcək.

Cəbhe.info xəbər verir ki, Keniya Tibbi Araşdırmalar İnstitutu test sınağında 400 könüllünün iştirak edə biləcəyini açıqlayıb. Vaksinlərin Afrikada test edilməsi ilə bağlı mübahisələrin yaranmasına aydınlıq gətirən araşdırmaçılar hər hansı bir tətbiqetmədən öncə icazə alınacağını bildiriblər.

Qeyd edək ki, keçən ay Keniya Prezidenti Unuru Kenyatta vaksin sınaqlarında keniyalıların iştirak etməyəcəyini açıqlayıb.

Mənbə: cebhe.info