Google Asistan istifadəçilərinin əvəzinə alış-veriş edəcək

Google Asistan istifadəçilərinin əvəzinə alış-veriş edəcək

Alexa və Siri ilə rəqabət aparan Google Asistan yeni xüsusiyyətlərini təqdim etməyə hazırlaşır.

Milli.Az ted.az-a istinadən bildirir ki, səsli ödəmə xüsusiyyəti vasitəsilə onlayn alış-veriş edənlərin işləri asanlaşacaq. Bu zaman istifadəçilər alış-veriş təlimatını səs vasitəsilə Google Asistana verəcəklər. Şirkət Asistanın təlimatı yanlış anlayıb səhv alış-veriş etməməsi üçün yeniliyi hələlik test mərhələsində saxlayır. Bu zaman ödənişi də insanların əvəzinə Asistan onlayn formada edəcək. İstifadəçinin kredit kartı bilgilərini səsləndirməsi kifayətdir.

Asistan oxşar səsləri də fərqləndirə biləcək. Elektron ticarətin bu növü öncə restoran sektorunda istifadəyə veriləcək.

Bəzi mənbələrdə yeni funksiyanın iyunun 3-dən istifadəyə veriləcəyi yazılsa da, bu barədə rəsmi məlumat verilməyib.

Mənbə: news.milli.az