Günün rəqəmi: Koronavirus adı ilə neçə fırıldaqçı sayt fəaliyyət göstərir?

Günün rəqəmi: Koronavirus adı ilə neçə fırıldaqçı sayt fəaliyyət göstərir?

Rusiyada koronavirus adı ilə fəaliyyət göstərən saytların 75%-də fırıldaqçılıq aşkarlanıb.

TED.az xəbər verir ki, bu haqda Kaspersky şirkətinin aparıcı mütəxəssisi Sergey Qolovanov deyib.

Qolovanov son bir neçə ay ərzində zərərli proqramların 6% artdığını da bildirib: "Zərərli internet resurslarının sayı əvvəlki aylara nisbətən 35% artıb. Fevral ayı ilə müqayisədə, kriptoqrafik hücumların sayı da artıb. Təcavüzkarlar hazırkı xəbər gündəliyini fişinq üçün istifadə edirlər".

Mənbə: ted.az