Hakerlər 1,3 milyon məmurun şəxsi məlumatlarını ələ keçirdi - İndoneziyada

Hakerlər 1,3 milyon məmurun şəxsi məlumatlarını ələ keçirdi - İndoneziyada

Hakerlər İndoneziyanın Təhsil və Mədəniyyət Nazirliyinin kompüter şəbəkəsinə daxil olaraq 1,3 milyon nəfərin şəxsi məlumatlarını ələ keçiriblər.

Publika.az-ın məlumatına görə, haker hücumu nəticəsində ad və soyad, işçilərin şəxsiyyət vəsiqələrinin nömrələri, şəxsi məlumatları, o cümlədən yaşı, doğum yeri, yaşayış yeri, ailə üzvlərinin kart nömrələri (qeydiyyatı), valideynlərinin adları, ailə vəziyyəti və digər şəxsi məlumatlar oğurlanıb.

Hücumu İndoneziyanın İT məsləhətçisi Tegu Aprianto aşkar edib. Hakerlər COVID-19 pandemiyası ilə əlaqədar nazirlik işçilərinin əksəriyyətinin evdən işləməsindən yararlanaraq şəbəkələrə daxil olub.

Bildirilir ki, İndoneziyada haker hücumları məhdudlaşdırıcı tədbirlərin tətbiqi nəticəsində tez-tez baş verir.

Mənbə: publika.az