Pərpətöyün bitkisinin bilmədiyiniz FAYDALARI

Pərpətöyün bitkisinin bilmədiyiniz FAYDALARI

Həm yeməklərdə, həm də salatlarda istifadə olunan pərpətöyünün insan sağlamlığına bir çox faydaları var.
Yeniavaz.com sözügedən bitkinin faydalarını təqdim edir:

Pərpətöyünün tərkibində “Omega-3” yağ turşuları, A, B1, B2, K, PP vitaminləri, qlükoza, saxaroza, zülallar, kalsium, kalium, maqnezium, potasiyum və digər faydalı maddələr var. İshal və bağırsaq qanamasından tutmuş, hemoroid və dizenteriyaya qədər bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Bundan başqa bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumlarından da istifadə edilir. Toxumlarının tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ turşuları mövcuddur.

Pərpətöyün yüksək lifli bir tərəvəz olduğundan, həzm sistemini, bağırsağın fəaliyyətini normallaşdırır və qəbizliyin qarşısını alır. Eyni zamanda babasilin yaranmasına mane olur. Bundan başqa mədənin turşu ifrazatını tarazlaşdırır. Bitkinin ən mühüm faydalarından biri də immuniteti gücləndirir və xərçəngin yaranmasının qarşısını alır.

Tərkibindəki “Omega-3” sayəsində xolesterinin səviyyəsini aşağı salır, qan təzyiqini və arterial təzyiqi normallaşdırır. Tərkibində olan A vitamini həm göz zəifliyinə,həm də dəri üçün olduqca faydalıdır.

Bütün bunlarla yanaşı pərpətöyünün aşağıdakı faydaları var:

- Əsəbsakitləşdirici təsiri vardır, yuxunu dərinləşdirir;

- Beyinin inkişafı, xüsusilə uşaqlar üçün faydalıdır;

- Qaraciyər çatışmazlığı;

- Zob xəstəlikləri üçün faydalıdır.

İlahə Hüseynova

Mənbə: www.yeniavaz.com