Koronovirus "Nissan" şirkətini də vurdu

Koronovirus "Nissan" şirkətini də vurdu

“Nissan” şirkəti İspaniyanın Barselona bölgəsindəki 3 min adamın çalışdığı və dolayısı ilə 20 min insanın məşgulluğunu təmin edən zavodun bağlanması barədə qərar verib.

KONKTRET.az xəbər verir ki, zavodun bağlanması barədə rəsmi qərar İspaniya hökümətinə təqdim edilib. 500 milyondan artıq əhaliyə malik Avropa bazarından çıxmaq böyük itki sayılsa da, şirkət bu addımı atmaq məcburiyyətində qalıb. Zavodun bağlanması “Nissan”a ən azı bir milyard avro ziyan vuracaq.

Mənbə: konkret.az