Tramp ABŞ ərazisində sosial şəbəkələrin istifadəsini dayandıra bilər

Tramp ABŞ ərazisində sosial şəbəkələrin istifadəsini dayandıra bilər

ABŞ Prezidenti Donald Tramp 27 may tarixində, ölkə ərazisində istifadə edilən populyar sosial şəbəkələr ilə əlaqədar bir neçə səs-küylü açıqlamalar edib.

Open.az xəbər verir ki, Tramp - "Facebook", "Twitter" və bir neçə digər sosial şəbəkənin ölkənin siyasətinə aid məsələlərə qarışmağa davam etdiyi təqdirdə ABŞ ərazisində qadağa ilə hədələyib.

Sözügedən açıqlama, "Twitter" sosial şəbəkəsinin Trampın paylaşdığı məlumatı bir daha dəqiqləşdirməyi məsləhət gördükdən sonra baş verib.

Qərbi KİV-lər 28 may tarixində, ABŞ-da istifadə edilən sosial şəbəkə operatorlarının fəaliyyəti ilə əlaqədar yeni qanunun imzalanacağı barəsində xəbər paylaşıb. Lakin, izləyicilər ABŞ dövlətinin sosial şəbəkələri ciddi çərçivələr daxilində nəzarətə alacaqlarına inanmadıqlarını qeyd edirlər.

Mənbə: open.az