"iPhone SE 2020" modeli yenə də təəccübləndirdi

"iPhone SE 2020" modeli yenə də təəccübləndirdi

Mütəmadi olaraq təqdim edilən yeni cihazların kamera, səs və ya digər ötürücüləri mütəxəssislər tərəfindən sınaqdan keçərək, siyahı tərtib edilir.

Open.az xəbər veir ki, bu dəfə "DxOMark" ekspertləri xüsusi maraqla gözlənilən "iPhone SE" modelinin kamerasından öncə səs sistemini test ediblər.

Nəticəyə əsasən sözügedən model "iPhone SE", 69 bal toplayaraq "iPhone 11" və "iPhone 11 Pro" modellərindən cəmi bir bal ilə geridə qalıb.

Beləliklə də, "iPhone SE" modeli səs sisteminin gücünə görə daha bahalı rəqiblərini geridə qoymağı bacarıb.

Mənbə: open.az