Nikotin asılılığının yeni təhlükəsi müəyyən edilib

Siqaret çəkmə, şizofreniya və depressiyanın inkişafına kömək edir, bu psixi pozğunluqların inkişaf riskini demək olar ki, iki qat artırır.

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, britaniyalı genetiklərin bu barədə araşdırması "Psychological Medicine" jurnalında dərc edilib.

Alimlər İngiltərədəki yarım milyondan çox insanın DNT-sini təhlil ediblər.

Məlum olub ki, şizofreniya və depressiya olan insanlar elmi təcrübənin digər iştirakçılarına nisbətən daha çox siqaret çəkirlər.

Bundan əlavə, nikotin asılılığı olan britaniyalılar siqaret çəkməyənlərə nisbətən iki dəfə çox şizofrenik olublar və iki dəfə xroniki depresiyaya düşmə halına gəliblər.

 

Genetiklər nikotinin serotonin və dopamin - beyndəki ən vacib siqnal molekullarının fəaliyyətini pozduğu nəzəriyyəsini irəli sürüblər. Qeyd edək ki, bu adı çəkilən maddələr şizofreniya və depressiyanın inkişafında iştirak edirlər.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Təzminat üçün müraciət edən amerikalıların sayı 40.7 milliona çatıb

SONRAKI XƏBƏR

İtaliyada koronavirusdan sağalanların sayı 150 mini keçib