Əfsanəvi Cobra rodsterinin müasir versiyası nümayiş etdirilib

Əfsanəvi Cobra rodsterinin müasir versiyası nümayiş etdirilib

Shelby Cobra və Ford GT40 kimi klassik idman avtomobillərinin replikalarını istehsal edən amerikan Superformance şirkəti ən son işini - MKIII-R Cobra təqdim edib. 1960-cı illərin əfsanəvi sportkarının üslubunda hazırlanmış rodster rollinq-şassi şəklində satılır - yəni, alıcı mühərriki və transmissiyanı seçmək hüququna malikdir.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, Superformance MKIII-R modeli sadəcə Shelby Cobra rodsterinin surəti deyil, o, Carroll Shelby Licensing Inc., şirkəti tərəfindən lisenziyalaşdırılmış əfsanəvi idman avtomobilinin yenidən yaradılmış versiyasıdır. Rodsterin əsasını, qapı rəzələri, sükan sütunu və ön şüşənin bərkitmə nöqtələri quraşdırılmış, düzbucaqlı kəsiyi olan polad borulardan yığılmış çərçivə təşkil edir. Şirkətdən, şassi elementlərinin üçdə ikisinin orijinal Ford GT40 avtomobilinin detalları ilə əvəzlənə biləcəyini qeyd ediblər. MKIII-R kuzovu fşüşəplastikdən hazırlanır və ən gərgin nöqtələrdə polad borular, çarpaz qollar və plitələrlə möhkəmləndirilir.

Rodster, qeyri-bərabər uzunluqdakı A formalı qollar olan müstəqil asqıya malikdir,. Öndə teleskopik Bilstein amortizatorları, arxa - coil-over dayaqları quraşdırılır. Avtomobil iki elektrik ventilyatoru və termostat olan yüksək məhsuldarlıqlı alüminium radiatoru, yüksək sürtünməli arxa differensial, dördporşenli Wilwood əyləcləri (altıporşenli mexanizmlər opsiyadır), mürəkkəb formalı ön splitter, arxa diffuzor, sükan gücləndiricisi, LED fənərlər və 18-düymülük təkər diskləri ilə təchiz edilir. Salonda dəri ilə üzlənmiş "çalovlar" və Superformance cihazlar paneli quraşrılırb.

Superformance şirkəti mühərriki və transmissiyası olmayan MKIII-R Cobra modeli üçün 79.900 dollar tələb edir. Mühərriklərə gəldikdə isə, rodsterə Ford şirkəti tərəfindən istehsal edilən 5,0 ilə 7,5 litr arasında həcmə malik olan V8 mühərriklərini quraşdırmaq olar. Güc qurğularını 5-pilləli Tremec və ya 4-pilləli Ford Toploader ötürmələr qutusu ilə təchiz etmək olar. MKIII-R Cobra modelinin nümayiş etdirilən versiyası Roush Performance atelyesinin dördkameralı Holley karbüratörü olan, 558 at qüvvəsi və 725 Nm fırlanma anı hasil edən 427 SR aqreqatı ilə təchiz edilmişdir. Modelin dinamik xüsusiyyətləri açıqlanmır.

Mənbə: www.xeberoxu.az