Balla sarıkökü qarışdırıb yeyin - İNANILMAZ NƏTİCƏ

Balla sarıkökü qarışdırıb yeyin -  İNANILMAZ NƏTİCƏ

Azərbaycan mətbəxində ən çox istifadə olunan ədviyyatlardan biri sarıkökdür. Xörəklərə unikal dad və rəng verən sarıkök əsrlər boyu alternativ tibdə də istifadə olunub. Sarıkök həzm problemləri, mədə yaralarını sağaldır, kiçik kəsiklər və əzələ dislokasiyası kimi problemlərə müsbət təsir göstərir.

Redaktor.az xəbər verir ki, bal ilə sarıkökün qarışığı orqanizm üçün xüsusilə faydalıdır. Çoxsaylı elmi araşdırmalar sarıkökün sağlamlığımıza faydalarını çoxdan təsdiqləyib. O, iltihabı azaldan, həm də çox həzm problemlərini müalicə edən kurkumin adlı aktiv tərkibə malikdir. Bəzi mütəxəssislərə görə, kurkumin xərçəng hüceyrələrinin inkişafına mane olur. Ümumiyyətlə, onun tərkibi bir çox fərqli bakteriyalara qarşı mübarizədə bizə kömək edə biləcək antibakterial xüsusiyyətlərlə zəngindir.

Sarıkök DNT-ni də qoruyur. O, bədənimizdə 700 genə təsir edir və 160-dan çox sağlamlıq problemini sağaldır. Onun iltihabönləyici xüsusiyyətləri osteoartrit kimi xəstəliklərin müalicəsinə müsbət təsir edir.

Tədqiqatçılar hesab edir ki, sarıkök qaraciyər, nəfəs, hətta nevroloji problemləri sağaltmağa qadirdir. Eləcə də onun tərkibindəki turmeron adlandırılan birləşmə alzheymer xəstəliyinə qarşı təbii vasitə kimi xidmət edə bilər. O, beyin funksiyasını gücləndirərək ölmüş beyin hüceyrələrini bərpa edə bilir.

Sarıkökün tərkibindəki çox güclü antioksidant və iltihab önləyici xassələr mədə, döş, ağciyər, qaraciyər və bağırsaq xərçəngi kimi bir çox xərçəng növünün müalicəsində kömək edə bilər. Bəzi alimlər hesab edir ki, sarıkök kimyəvi terapiyadan daha yaxşı təsir göstərir. Çünki ədviyyat xərçəng xəstəliyinə təsir edərkən sağlam hüceyrələrə toxunmur.

Sarıkök balla birləşdiyi zaman ikiqat effektə malik olur. Bu birləşmə çoxsaylı bakteriyalarla mübarizədə kömək edərək bağırsaqları çox faydalı bakteriyalarla təmin edir.

İnqrediyentlər:

1 xörək qaşığı sarıkök

100 qr. bal

Hazırlanması:

Hər ikisini şüşə qaba töküb yaxşıca qarışdırın. Soyuqdəyməniz və ya qrip varsa, bu məhluldan hər saat 1 çay qaşığı qəbul edin. İkinci gün isə hər 2 saatdan bir 1 çay qaşığı olmalıdır. Növbəti gündə eyni dozanı 3 dəfə qəbul edin. Qarışığı dərhal udmayın! O, yavaş-yavaş ağızda əriməlidir. Optimal nəticə əldə etmək üçün bir fincan çay ilə birləşdirin.

Mənbə: redaktor.az