Uşaqların maraqlı davranışı KƏŞF OLUNDU - Əlinə yumurta versən... - VİDEO

Uşaqların maraqlı davranışı KƏŞF OLUNDU - Əlinə yumurta versən... - VİDEO

"TikTok" istifadəçiləri uşaqların gözlənilməz qabiliyyətini kəşf ediblər: əllərinə bir yumurta vedikdə uşaqlar adətən onu sındırmır və səliqəli davranır.
BİG.AZ-ın verdiyi xəbərə görə, bu barədə "BuzzFeed" yazır.
Belə ki, buna ilk öncə @cassandranguyen981 ləqəbli istifadəçi diqqət yetirib.
"Deyirlər, uşaqlara yumurta versən, onlar nəzakətlə davranacaq, və bu, yalan deyil", - deyə videodakı qadın danışır.
Digər valideynlər də eyni təcrübəni sınaqdan keçiriblər. Hər video məhz həmin cümləylə başlayır.
Əksər hallarda uşqlar həqiqətən də yumurtanı sındırmırlar. Amma istisnalar da olur.
Natəvan Baxşiyeva

Mənbə: big.az