"İnstagram" istifadəçiləri üçün sərfəli yenilik

"İnstagram" istifadəçiləri üçün sərfəli yenilik

2020-ci ilin, iyun ayından etibarən "İnstagram", özünə məxsus İGTV servisində videoların əvvəlində 15 saniyə ərzində reklam çarxlarının nümayişinə yer verəcək.

Open.az saytı xarici mənbələrə istinadən məlumat verir ki, şirkət video müəlliflərə gəlirin 55 %-ni təqdim edəcək.

Mənbələr, "İnstagram" platformasının bu addımla İGTV-ni inkişaf etdirərək "YouTube" ilə rəqabət aparacağını iddia edirlər. Qeyd edək ki,"İnstagram" sözügedən yenilik üzərində mərhələli şəkildə, bir neçə ay müddətində çalışıb.

Mənbə: open.az