Koronavirusun mənşəyi haqqında həqiqət ortaya çıxdı

Koronavirusun mənşəyi haqqında həqiqət ortaya çıxdı

Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin alimləri koronavirusun mənşəyi ilə bağlı həqiqəti üzə çıxardılar.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Sun” nəşri yayıb.

Mənbə bildirir ki, tədqiqatçılar Uhandakı dəniz məhsulları bazarından infeksiyanın ilkin mənbəyi hesab olunan nümunələri sınaqdan keçiriblər və xəstəlik əlamətləri tapmayıblar. Beləliklə, insanın koronavirus ilə ilk yoluxma hadisəsi, çox güman ki, bazarda deyil, başqa bir yerdə baş verib.

Mütəxəssislər, Çində virusa yoluxma ilə bağlı 13 ilkin hadisənin bazarla əlaqəli olmadığını da sübut ediblər.

Buna baxmayaraq, virusun yarasalardan insanlara ötürüldüyü versiyası təsdiqlənib.

Son məlumatlara görə Çində 84 mindən çox koronavirus infeksiyası qeydə alınıb. Ümumilikdə ölkədə pandemiya nəticəsində 4,5 mindən çox insan ölüb.

Yeni növ koronavirusun yaratdığı COVID-19 sətəlcəm ilk dəfə 2019-cu ilin dekabr ayında Uhan şəhərində qeydə alınıb. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi elan edib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az