Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...

Mütəxəssis dişlər üçün  ən zərərli 3 qidadan danışdı...

Tanınmış stomatoloq Mixail Zaslavski dişlərə daha çox zərər vuran 3 qida məhsulundan bəhs edib.

Moderator.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.

Mütəxəssisin sözlərinə görə, ilk növbədə qazlı içkilərdən imtina etmək lazımdır. Çünki "bunların heç bir faydası yoxdur". Və “light”(“yüngül”) işarəsi ilə işarələnmiş içkilərin daha az zərərli olduğuna inanmağa dəyməz. “Eyni içkilərin klassik versiyaları kimi bunlar da diş sağlamlığına eyni cür mənfi təsir göstərir" - deyə stomatoloq qeyd edib.

Siyahıda sitrus meyvələri də var. Onların tərkibindəki C vitamini orqanizm üçün faydalıdır. Lakin sitrus meyvələrinin zəngin olduğu turşular diş emalını dağıdırlar.

“Portağal və ya qreypfrut yedikdən sonra heç vaxt dişlərinizi fırçalamayın. Əks təqdirdə bütün emalı silmək riskiniz var" -deyə diş həkimi xəbərdarlıq edir.

"Ağzınızı su ilə yaxalamaq və 20-30 dəqiqə heç bir şey yeməmək daha doğru olar. Beləliklə, turşunun zərər vermədən zərərsizləşdirilməsi üçün vaxt olacaq”.

"Bundan əlavə, şirniyyat və xəmirdən istifadəni minimuma endirmək məsləhətdir.Təəccüblüdür ki, şəkər diş çürüməsinə səbəb olmur. Onu istehlak etdiyiniz zaman ağzınızda təbii olaraq yaşayan bakteriyalar da bu şəkərlə qidalanmağa başlayır. Lakin o var ki, bakteriyaların tullantıları turşu tərkiblidir. Turşular isə diş problemlərinə səbəb olur. Onlar diş emalını ya mineralsızlaşdırır, ya da kalsisizləşdirərək onun strukturunu məhv edir" – deyə Mixail Zaslavski vurğulayıb.

Sultan Laçın

Mənbə: moderator.az