Paşinyan hökuməti hakerlər vasitəsi ilə müxalifətçilərin səhifələrinə hücum etdi

Paşinyan hökuməti hakerlər vasitəsi ilə müxalifətçilərin səhifələrinə hücum etdi

Ermənistanın müxalifət düşərgəsində çaxnaşma başlayıb, artıq bir neçə gündür hamı bir-birinə Facebook Messenger tətbiqindən mesajları silmək, şifrələrini dəyişdirmək üçün xəbərdarlıq edirlər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın “Qraparak” qəzeti yazıb.

Mənbə bildirir ki, səlahiyyətlilər hakerlərdən istifadə edərək müxalifət istifadəçilərinin səhifələrində basqılara başlayıblar.

“Onlar hökumət komandasından tutmuş istifadəçilərə qədər məlumat sızıntısının haradan gəldiyini başa düşmək üçün tətbiqə nüfuz etməyə və hack etməyə çalışacaqlar. Bundan əlavə, yaxın gələcəkdə şəxsi mesajların və səs yazılarının yayımlanması dalğası da istisna edilmir, ünsiyyət üçün Telegram və ya Signaldan istifadə etməlisiniz, çünki onları dinləmək mümkün deyil. Həmçinin WhatsApp da haker hücumuna məruz qalır” deyə nəşr qeyd edir.

Mənbə: konkret.az