Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

Çin koronavirusun mənbəyinin Uxandakı bazar olduğuna dair iddiları rədd edib

Uxandakı Huanqnan dəniz məhsulları bazarı koronavirusun əsl mənbəyi deyil.

İnterAz-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu Çin Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti üzrə Milli Mərkəzin alimləri açıqlayıb.

Bu barədə "Daily Mail" qəzeti yazır.

Qeyd olunur ki, araşdırma zamanı Çində satış nöqtəsində olan heyvanlardan nümunələr götürülüb. Onların COVID-19 testinin nəticələri mənfi olub. Bu onların alıcıları yoluxdura bilmədikləri göstərir.

"Belə çıxır ki, bazar da virusun qurbanlarından biridir", mərkəzin rəhbəri Qao Fu deyib.

Mənbə: www.interaztv.com