Apple məşhur startapı satın aldı

Apple məşhur startapı satın aldı

Apple rəqəmli assistent olan Sirini inkişaf etdirmək məqsədilə Kanadada yaradılan və süni intellektə əsaslanan Inductiv startapını satın alıb.


TED.az xəbər verir ki, şirkət əsası Stenford, Waterloo və Wisconsin universitetlərinin professorları tərəfindən qoyulan məşhur startapı hansı məbləğə alması barədə rəsmi açıqlama verməyib.


Xatırladaq ki, Apple son zamanlar sırf süni intellektə əsaslanan startaplara maraq göstərməsi ilə yadda qalıb. 2016-cı ildən süni intellektə üstünlük verən şirkət bu ilin əvvəlində də NextVR-ı satın almışdı.

Mənbə: ted.az