Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

Rusiyada koronavirusa qarşı peyvənd hazırlanıb

Mütəxəssis, mərkəzin infeksiyanı müalicə etmək üçün ən effektiv üç dərman seçdiyini də bildirib...

"Rospotrebnadzor"un nəzdində fəaliyyət göstərən "Vektor" Dövlət Elmi Virusologiya və Biotexnologiya Mərkəzi koronavirus infeksiyasına qarşı peyvənd hazırlayıb.

İnterAz-ın məlumatına görə, bu barədə "Rusiya 1" televiziya kanalının efirində mərkəzin baş direktoru Rinat Maksyutov məlumat verib.

Onun sözlərinə görə, bu peyvəndi buruna damcılatma yolu ilə istifadə etmək olar.

Mütəxəssis, mərkəzin infeksiyanı müalicə etmək üçün ən effektiv üç dərman seçdiyini də bildirib.

Mənbə: www.interaztv.com