COVİD-19 - ImmuneRACE araşdırmaları

COVİD-19 - ImmuneRACE araşdırmaları

İnsanın immun sistemi bədənə daxil olan virusları tanıyan və mübarizə aparmağa kömək edən milyonlarla "T" hüceyrəsindən ibarətdir. Microsoft və Adaptive Biotexnologiya şirkətləri həmin hüceyrələrin COVID-19-a necə reaksiya verəcəyini müəyyən və təhlil etmək üçün test yaradıb.

Kristi Karrasın pişiyi Freddi çətin anlarda onun yanında olub. "Mən ABŞ-da COVID-19-a yüngül formada yoluxan ilk insanlardan oldum."

Sağaldıqdan sonra Siettldə yaşayan yazıçı nəsə bir iş görmək istəyib. "Qan verməyi sevmirəm, lakin bunu elm üçün etdiyimə görə məmnunam" - deyə, Kristi Karras bildirir.

Karras Adaptiv Biotexnologiyalar və Microsoft tərəfindən həyata keçirilən ImmuneRACE adlı klinik araşdırmada iştirak edir.

Baş həkim Lans Baldo bu araşdırmanın diaqnostik və anti-cisim testlərindən fərqli olduğunu deyir. "O araşdırmalarda virusun bədənə təsirinə baxılır, burada isə biz bədənin virusa təsirinə baxırıq."

ImmuneRACE araşdırmaları müxtəlif insanların immun sisteminin `T` hüceyrələrinə münasibəti öyrənilir ki, bu da COVID-19-a necə cavab verilməli olduğunun müəyyən ediləcəyinə yardım edəcək. Lans Baldo: "Bunlar immun sisteminin COVID-19 kimi viruslara reaksiya verən ilk hüceyrələridir."

Bu ilkin reaksiyaların müəyyən edilməsi COVID-19-un daha erkən və daha dəqiq aşkar edən diaqnostik testin yaradılmasına yardım edə bilər.

`T` hüceyrələrinin COVID-19-a necə cavab verdiyini görmək tədqiqatçıların daha yaxşı müalicə və peyvəndlər yaratmalarına yardım edə bilər.

Hazırda araşdırmalarda ABŞ-ın 24 şəhərindən min nəfər iştirak edir. Afrika və Avropadan isə azı 3,000 nümunə əlavə olunacaq.

Mənbə: www.amerikaninsesi.org