9 ildən sonra ilk: ABŞ-dan kosmosa...

9 ildən sonra ilk: ABŞ-dan kosmosa...

“Speys X” şirkəti insan tərəfindən idarə olunan ilk raketini kosmosa buraxıb.

Axar.az xəbər verir ki, kosmosa iki NASA-nın kosmonavtı – 49 yaşlı Robert Behnken və 53 yaşlı Duqlas Harli göndərilib.

Beynəlxalq Kosmik Stansiyasına səyahətin 19 saat davam edəcəyi deyilir.

Uçuş planlaşdırıldığı kimi uğurlu olarsa, 9 illik fasilədən sonra ilk dəfə ABŞ ərazisindən kosmosa kosmonavt göndərilmiş olacaq.

Mənbə: axar.az