Tramp "Crew Dragon" gəmisinin uğurlu uçuşu ilə əlaqədar İlon Maskı təbrik edib

Tramp "Crew Dragon" gəmisinin uğurlu uçuşu ilə əlaqədar İlon Maskı təbrik edib

ABŞ Prezidenti Donald Tramp ilk özəl pilotlu missiyanın uğurla həyata keçirilməsinə görə “SpaceX” şirkətinin rəhbəri İlon Maskı təbrik edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prezidenti müşayiət edən jurnalistlər bildirib.

İlon Mask isə şirkət tərəfindən hazırlanmış “Crew Dragon” gəmisinin uçuşunu şərh edərkən bəşəriyyətin bu kosmik gəmi ilə fəxr etməli olduğunu deyib.

Bununla belə, onlar Kennedi adına Kosmik Mərkəzdə Trampla Maskın nədən danışdıqlarını eşidə bilməyiblər.

Qeyd edək ki, “Falcon 9” raketi şənbə günü göyərtəsində NASA-nın astronavtları Robert Benken və Daqlas Herlinin olduğu “Crew Dragon” gəmisini müvəffəqiyyətlə orbitə daşıyıb. Gəminin Beynəlxalq Kosmik Stansiyaya çatması bazar gününə planlaşdırılıb.

Mənbə: apa.az