ROKETSAN “Altay” tankları üçün zireh hazırlayacaq

ROKETSAN “Altay” tankları üçün zireh hazırlayacaq

ROKETSAN BMC şirkəti tərəfindən istehsal ediləcək “Altay” tankları üçün zireh hazırlayacaq. Ordu.az xəbər verir ki, bu barədə ROKETSAN şirkətinin mətbuat xidməti məlumat yayıb.
Şirkətin tank üçün hazırladığı ERA zirehi partlayıcı maddələrə, tank əleyhinə raketlərə qarşı müdafiəni təmin edir.
Tank əleyhinə raketlərdən maksimum qorunma təmin edən ERA tankı, həmçinin tandem döyüş başlıqlarından da qoruyur. Tandem döyüş başlığı olan döyüş sursatları iki döyüş başlığına malikdir.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az