Koronavirusa qarşı hazırlanan ilk dərman təsdiq olundu

Koronavirusa qarşı hazırlanan ilk dərman təsdiq olundu

Rusiyada yeni tip koronavirus infeksiyasına qarşı hazırlanan ilk dərman Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənib.

Publika.az xəbər verir ki, dərmanın ticarət adı “Avifavir”, beynəlxalq patent almayan adı isə “Favipiravir”dir.

Preparat Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) və “HimRar” Yüksək Texnologiyalar Mərkəzi tərəfindən hazırlanıb.

Dərmanın digər ölkələrdə koronavirusa qarşı hazırlanan bənzərlərindən daha effektiv olduğu sınaqlar nəticəsində açıqlanıb.

Zümrüd

Mənbə: publika.az