Rus döyüş gəmilərini yox edəcək sistem – Ukrayna bölgəni silkələdi

Rus döyüş gəmilərini yox edəcək sistem – Ukrayna bölgəni silkələdi

Ukraynanın RK-360MT “Neptun” kompleksinin “R-360” raketləri hədəflərə uğurla zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Sınaqlar Odessa bölgəsindəki Alibey təlim poliqonunda baş tutub. Hədəflər Qara dənizdə olub: biri buraxılış yerindən 110 kilometr məsafədə, ikincisi - 85 kilometr. Raketlər iki saniyə fasilə ilə hədəfləri vurub.

“R-360” kruiz raketi 870 kiloqram ağırlığındadır, 150 kiloqram ağırlığında döyüş başlığı daşıya bilir. Onun uçuş məsafəsi 280 kilometrə qədər, sürəti - saatda təqribən 900 kilometrdir. Kompleks eyni vaxtda 24-ə qədər raket mərmisinin buraxılmasını təmin edir.

Gəmi, yer və hava əsaslı seçimlər mövcuddur.

Amerikanın “National Interest” nəşri əvvəllər “Neptun”un Rusiyanın “X-35” gəmi əleyhinə kompleksinə qarşı modernləşdirildiyini açıqlamışdı.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksandr Turçinov keçən il “Neptun” raketlərinin Rusiyanın Qara və Azov dənizlərindəki istənilən hərbi gəmisini məhv edə biləcəyini və Kerç körpüsünü bir neçə dəqiqə ərzində yox edə biləcəyini demişdi.

Mənbə: teleqraf.com