“Instagram” bloqqerlərə pul ödəməyə razı oldu

“Instagram” bloqqerlərə pul ödəməyə razı oldu

Ödənişli “Instagram Live” nişanları $0,99, $1,99 və ya $4,99 dəyərində olacaq ki, onların istifadəsindən əldə edilən qazanc bloqqerlərə veriləcək.

Banker.az xəbər verir ki, bu nişanlar canlı izləyicilərin şərhlərini önə çıxaracaqdır.

Qeyd edək ki, belə bir inteqrasiya iyun ayında istifadəyə veriləcək, lakin hansı ölkələrdə çıxacağı barədə dəqiq məlumat yoxdur.

Bu, ən nüfuzlu bloqqerlərə “YouTube” və “TikTok” kimi rəqib platformalardan deyil, “Instagram”dan qazanc əldə etməyə imkan verəcəkdir.

Mənbə: banker.az