İran donanması 112 ədəd hücum kateri əldə edib

İran donanması 112 ədəd hücum kateri əldə edib

ABŞ-la körfəz sularında gərginliyin artması fonunda İran İslam İnqilabının Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinə 112 ədəd hücum kateri təhvil verilib. Ordu.az İran KİV-lərinə istinadən xəbər verir ki, hücum katerləri yerli mütəxəssislər tərəfindən istehsal olunub.

Bəndər Abbas liman şəhərində təşkil olunan mərasimdə ölkənin donanması “Aşura”, “Tarık”, “Heydər” və “Zülfüqar” adlı müxtəlif növ hücüm katerləri əldə edib.

HDQ rəsmiləri yeni katerlərin yüksək hidro dinamik qabiliyyətə və sürətə, güclü manevr qabiliyyətinə və yüksək hücum gücünə malik olduğunu bildirir.

Yeni sürətli hücum katerlərinin radarlara yaxalanmamaq üçün stels qabiliyyətinə sahib olduğu da qeyd olunur.

 

Mənbə: ordu.az