"Twitter"də yeni funksiya istifadəyə verildi

"Twitter"də yeni funksiya istifadəyə verildi

"Twitter" sosial şəbəkəsində yeni bir funksiya yaradılıb - bu, nəşrlərin yayım vaxtını proqramlaşdırmağa imkan verir.

Qaynarinfo xəbər verir ki, bu haqda "Twitter Support" səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, istifadəçi hələ bir tvit göndərməyə hazır deyilsə, onu müəyyən müddətə göndərmək üçün bir qaralama və ya proqram kimi yadda saxlaya bilər.

Hələ ki, "tvit"ləri qaralama olaraq saxlamaq yalnız kompüter və telefonda sosial şəbəkədəki veb tətbiqetmədə mümkündür.

Mənbə: qaynarinfo.az