SpaceX: NASA astronavtlarının özəl kosmik gəmidə tarixi missiyayası başlayıb

SpaceX: NASA astronavtlarının özəl kosmik gəmidə tarixi missiyayası başlayıb

ABŞ-da doqquz il əvvəl pilotlar heyəti tərəfindən idarə olunan Shutll kosmik uçaqları proqramı başa çatdıqdan sonra ilk dəfədir ki, amerikalı astronavtlar ABŞ ərazisindən kosmik fəzaya yollanıblar.

Doug Hurley və Bob Behnken kosmik gəminin yeni kapsul sistemini sınamaqla yanaşı, eyni zamanda NASA üçün yeni biznes modelini də sınaqdan keçirirlər.

NASA artıq istifadə etdiyi kosmik nəqliyyat vasitələrinə sahiblik etməyəcək və sadəcə SpaceX tərəfindən təklif olunan "taksi" xidmətindən ödənişli əsasda istifadə edəcək.

Ümid edilir ki, texnologiya milyarder Elon Musk-ın SpaceX şirkətiylə yanaşı bu sahəyə digər şirkətlər də gələrək bazarı genişləndirəcəklər. Aerokosmik nəhəng Boeing şirkətinin artıq NASA ilə belə bir müqaviləsi mövcuddur.

Elon Musk-ın özü, onun raketinin kosmik orbitə astronavtları necə çıxardığını müşahidə edərkən duyğulandığını söyləyib.

"Düşünürəm ki, bu hadisə tədqiqatçı ruhu olan hər bir insanı ilhamlandıracaq. ABŞ tədqiqat ruhunun cövhəridir", - Musk jurnalistlərə bildirib.

Mənbə: www.bbc.com