Koronavirus Avropada nə vaxt peyda oldu? - ARAŞDIRMA

Koronavirus Avropada nə vaxt peyda oldu? - ARAŞDIRMA

Fransız alimləri koronavirusun ilk dəfə Avropada nə zaman müşahidə edildiyini öyrənməyə çalışıblar.

Onların fikrincə, ötən ilin noyabr ayında bu infeksiya Avropada olması mümkündür, çünki iki ay ondan sonra Avropada ilk rəsmi yoluxma faktı qeydə alınıb.

Cebhe.info xəbər verir ki, bu barədə “NBS News” məlumat yayıb.

Fransalı tibb işçiləri belə hesab edir ki, ötən il Fransada döş qəfəsinin rentgenindən keçən min xəstədən ikisində koronavirusun simptomları olub. Bu, ötən il noyabr ayının 16-dan 18-dək baş verib. İlk rəsmi yoluxma isə ondan iki ay sonra - bu il yanvarın 24-də qeydə alınıb.

Bundan əlavə, fransalı həkimlər ötən ilin oktyabr ayında da rentgendən keçən xəstələri araşdıracaqlar. O zaman koronavirusun Avropada nə vaxt peyda olduğu məlum olacaq.

Qeyd edək ki, fransalı alimlərdən biri bildirib ki, ötən il baş verənləri dəqiqləşdirdikdən sonra təfərrüatlar məlum olacaq.

Mənbə: cebhe.info