Pentaqon “Hydra-70” raketləri sifariş verib

Pentaqon “Hydra-70” raketləri sifariş verib

Pentaqon 70 millimetrlik “Hydra-70” raketləri istehsal etməsi üçün “General Dynamics” şirkəti ilə müqavilə imzalayıb.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 3,4 milyard dollarlıq müqaviləyə raketlərin istehsalı və mühəndislik xidmətləri daxildir.

Raketlərin ən geci 30 sentyabr 2026-cı ilədək çatdırılması nəzərdə tutulub.

“Hydra-70” helikopterlər, yüngül hücum təyyarələri və qırıcı təyyarələr tərəfindən istifadə edilən bir raket sistemidir.

Mənbə: ordu.az