Ruslar İlon Maska sui-qəsd təşkil edəcək - ŞOK İDDİA

Ruslar İlon Maska sui-qəsd təşkil edəcək - ŞOK İDDİA

“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu olan İlon Mask sui-qəsd təhdidi ilə üz-üzədir.

Publika.az xəbər verir ki, Maskın ailəsi onun ruslar tərəfindən sui-qəsdə uğramasından qorxur.

Belə ki, ABŞ-da tarixdə ilk dəfə özəl şirkət kosmosa insan yollamaq üçün raket göndərib. “SpaceX” Kennedi Kosmik Mərkəzindən “Crew Dragon” adlı kosmik gəmini 2 astronavtla birgə kosmosa yollayıb. “SpaceX”in astronavtları Beynəlxalq Kosmik Stansiyaya çatdırması təqdirində, NASA Rusiyaya astronavt başına ödədiyi 85 milyon dollarlıq xərcdən qurtulacaq. Çünki NASA 2011-ci ildən bəri insanlı uçuş layihəsini ləğv edib və astronavtları kosmik stansiyaya Rusiyaya aid “Soyuz” kosmik gəmiləri ilə göndərib. Maskın ailəsi də məhz buna görə iş adamına ruslar tərəfindən zərər verilə biləcəyindən narahatdır.

Bu iddianın sahibi İlon Mask və şirkətləri haqqında kitab yazan Eşli Vansdır.

Zümrüd

Mənbə: publika.az