Elon Mask Roqozinə rus dilində cavab verdi

Amerikalı sahibkar və “SpaceX”in rəhbəri İlon Mask “Roskosmos”un rəhbəri Dmitri Roqozinin “Twitter”də təbrikinə cavab verib.

KONKRET.az xəbər verir ki, nəşr rus dilində edilib.

“Sağ ol, ser. Qarşılıqlı və çiçəklənən uzunmüddətli əməkdaşlığı gözləyirik” deyib Mask.

Bundan əvvəl Roqozin NASA rəhbəri Jim Brandensteyni Falcon 9 raketinin uğurla kosmosa buraxılmasına və Beynəlxalq Kosmik Stansiyası ilə birləşməsinə görə təbrik edib, eyni zamanda SpaceX komandasına, şəxsən Maska ən xoş arzularını çatdırıb.

Öz növbəsində Brandensteyn Roskosmos rəhbərinə təbriklər üçün təşəkkür edib və “NASA”ya əməkdaşlığa görə minnətdarlığını bildirib.

Babək Göyüş

KONKRET.az

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyanın bölgələrindəki azərbaycanlı deputatlarla videomüzakirə aparılıb

SONRAKI XƏBƏR

Çikaqoda iğtişaşlar: Milli Qvardiya şəhərə yeridildi