Koronavirusun yüngül formasına qarşı potensial dərman tapılıb

Koronavirusun yüngül formasına qarşı potensial dərman tapılıb

Stenforddan olan alimlər qrupu Hepatit B virusu üçün istifadə olunan preparatın ağ ciyər və bağırsaqlarda reseptorlara təsir edərək koronavirusa yoluxanların immun sistemini gücləndirməyə imkan verdiyini müəyyən edib.

Yeni virusdan məhz bu orqanlar daha çox əziyyət çəkir.

Alimlər hesab edirlər ki, preparat COVID-19-u yüngül formada keçirən insanları ağırlaşmalardan qorumaq imkanına malikdir.

Day.Az xəbər verir ki, bu yaxınlarda preparatın klinik sınaqlarına başlanılacaq.

Mənbə: news.day.az