Tarixdəki ən irimiqyaslı məhvolmanın səbəbləri alimləri həyəcanlandırdı

Tarixdəki ən irimiqyaslı məhvolmanın səbəbləri alimləri həyəcanlandırdı

359 milyon il əvvəl böyük məhvolmanın səbəbi ultrabənövşəyi radiasiyaya məruz qalma olub.

Bu barədə “Science Advances” saytında məlumat verilib.

Mütəxəssislərin fikrincə, qlobal istiləşmə nəticəsində ozon təbəqəsi tükənib, bunun nəticəsində planetimizə daxil olan radiasiya Devon dövrünün canlılarının əksəriyyəti üçün ölümcül olub.

Tədqiqatlar zamanı qədim bitkilərin qalıqlarının sporları öyrənilib. Onların qeyri-adi forması mütəxəssislərin diqqətini cəlb edib.

Mütəxəssislərin fikrincə, sporların nizamsız formasının səbəbi ultrabənövşəyi radiasiya səbəbiylə DNT-nin zədələnməsi ola bilər. Şüanın təsiri o dövrün flora və faunasının xeyli hissəsini məhv edib. Bəzi bitkilər yaşamağı bacarsa da, meşə ekosistemi pozulub.

Aprel ayında Böyük Britaniya, ABŞ və Cənubi Afrikadan olan elm adamları atmosferə karbohidrogen tullantılarının hazırkı səviyyəsinin təhlükələri barədə məlumat vermişdilər. Onlar istiləşmənin potensial fəlakətli təsirinin növlərin 73 faizinin məhv olmasına gətirə biləcəyini vurğulayıblar.

Alimlərin fikrincə, okeanın tropik ekosistemləri bu vəziyyətə xüsusilə həssasdır. Belə davam edərsə, 2030-cu ildən etibarən artıq geri dönülməsi mümkün olmayan dəyişikliklər başlayacaq.

Mənbə: www.oxu.az