Azərbaycanda mayda "Facebook" istifadəçilərinin fəallığı artıb

Azərbaycanda mayda "Facebook" istifadəçilərinin fəallığı artıb

Bu ilin may ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı aprel ayı ilə müqayisədə 10,6 faiz bəndi artıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, iyunun 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 39,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 12,5 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı may ayı ərzində 9,5 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin iyun ayının 1-nə 29,5% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 12,1 faiz bəndi çoxdur.

Bu ilin may ayı ərzində ölkə üzrə "YouTube" şəbəkəsinin istifadəçilərinin fəallığı 3,1 faiz bəndi artıb. İyunun 1-nə olan məlumata görə, "YouTube" Azərbaycan sosial media bazarında 18,6% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Instagram"– 5,55%, "Twitter" – 4,6, "VKontakte" – 0,95% və s.

Mənbə: apa.az