BMC şirkəti Türkiyə ordusunun “Leopard” tanklarını modernləşdirəcək

BMC şirkəti Türkiyə ordusunun “Leopard” tanklarını modernləşdirəcək

Türkiyə Quru Qoşunları Komandanlığının inventarında olan əsas döyüş tanklarının modernləşdirmə işləri davam etdirilir. Bu çərçivədə əvvəllər 160-165 M-60T əsas döyüş tankları modernləşdirilib. Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, BMC şirkəti Türkiyə Prezident Adminstrasiyasının Müdafiə Sənayesi İdarəsi tərəfindən icra edilən layihə çərçivəsində Türkiyə Quru Qoşunları Komandanlığının inventarında olan “Leopard 2A4” tanklarını modernləşdirəcək.
84 ədəd “Leopard 2A4TM” əsas döyün tanklarının modernləşdirilməsi nəzərdə tutulub.
Məlumata görə, modernləşdirmə ilə tanklara yeni reaktiv və digər təyinatlı zirehlər, atəş nəzarət sistemləri, döyüş modulu, xəbərdarlıq sistemləri quraşdırılacaq.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az