Daha 5 ədəd BTR-4E zirehli personal daşıyıcısı Ukrayna ordusuna təhvil verilib

Daha 5 ədəd BTR-4E zirehli personal daşıyıcısı Ukrayna ordusuna təhvil verilib

Ukraynanın “Ukroboronprom” dövlət konserninə daxil olan “Xarkov” maşınqayırma zavodu daha 5 ədəd BTR-4E zirehli personal daşıyıcısını Ukrayna ordusuna təhvil verib. Ordu.az xəbər verir ki, bu barədə dövlət konserninin saytında məlumat yayılıb.

Bildirilir ki, Ukrayna Müdafiə Nazirliyi tərəfindən sifaiş olunan zirehli personal daşıyıcıları “Kiyev” dövlət müəssisəsi tərəfindən istehsal olunan pulemyotlarla təchiz edilib.

Qeyd olunur ki, Ukrayna Müdafiə Nazirliyi 45 ədəd BTR-4E sifariş verib.

 

Mənbə: ordu.az