Google reklam bazarında monopoliyaya görə ittiham oluna bilər

Google reklam bazarında monopoliyaya görə ittiham oluna bilər

Amerika hökuməti yaxın bir neçə ayda Google-u antimonopoliya qanun pozuntularına görə, məhkəməyə verə bilər.

Facemark.az-ın məlumatına görə, bu haqda The Wall Street Journal nəşri yazıb.

İttihamlar Google-un reklam biznesi ilə əlaqəlidir. Rəsmilərin sözlərinə görə, Google reklam sferası və internet üzərində həddindən artıq çox nəzarətə sahibdir. Və axtarış motorunun bazardakı mövqeyi korporasiyalara bu bazarda ədalətsiz üstünlüklər ilə təmin edə bilər.

Bildirilir ki, Ədliyyə Nazirliyi özünün ittihamlarını yayda artıq elan edə bilər, prokurorluq orqanlarının məsələ ilə bağlı rəsmi mövqeyi isə artıq sentyabrda elan edilməsi gözlənilir. Ancaq məlum deyil ki, ölkənin Ədliyyə Nazirliyi, ABŞ-ın bir neçə ştatdakı prokurorluqlar ilə birlikdə, yoxsa ayrılıqda ittihamlarını irəli sürəcək.

Xatırlatmaq yerinə düşər ki, ABŞ-ın 40-dan çox ştatında olan prokurorlar Google-un monopoliya ilə bağlı araşdırmalarına hələ 2019-cu ilin sentyabrında başlayıb. Əvvəlcə bu araşdırmalar Alphabet şirkətinə daxil olan Google-un reklam siyasətinə aid olmalı idi. Daha sonra isə belə bir araşdırma şirkətin digər fəaliyyətlərinə də toxundu.

Mənbə: www.iqtisadiyyat.az