Pentaqon daha bir bazada 5G texnologiyasısını sınaqdan keçirəcək

Pentaqon daha bir bazada 5G texnologiyasısını sınaqdan keçirəcək

ABŞ Müdafiə Nazirliyi Nellis aviabazasında (Nevada) beşinci nəsil mobil şəbəkə layihəsinə start verib. Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

ABŞ hərbçilərinin fikrincə, sistemin Nellis bazasında istifadəyə verilməsi, üç mərhələli sınaqdan sonra, 2021-ci ilin yanvarına planlaşdırılır. Pentaqon 5G texnologiyasının ABŞ-ın hərbi və iqtisadi üstünlüyünü qorumaq üçün vacib olduğunu qeyd edib.

Xatırladaq ki, Nellis aviabazası beşinci nəsil (5G) rabitə prototipinin yerləşdiriləcəyi və sınaqdan keçiriləcəyi beşinci baza olacaq.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az