Türkiyə ordusu daha 8 ədəd silahlı M4K təmir-təxliyyə maşını əldə edib

Türkiyə ordusu daha 8 ədəd silahlı M4K təmir-təxliyyə maşını əldə edib

Türkiyənin “Bera Holdinq”ə bağlı “MPG Makine” şirkəti tərəfindən istehsal olunan daha 8 ədəd M4K zirehli təmir-təxliyyə maşınları Türkiyə Quru Qoşunlarına təhvil verilib. Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bununla da Türkiyə ordusunun arsenalında olan təmir-təxliyyə maşınlarının sayı 18-ə çatıb.
Qeyd olunur ki, Türkiyə ordusu bu maşından 29-nu əldə etmək niyyətindədir.
M4K ASELSAN tərəfindən istehsal olunan SARP döyüş modulu ilə silahlandırılıb və minalara, əldəqayırma bombalara qarşı zirehli qorumaya malikdir.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az