Günəşdə yeni partlayış olub: Son 3 ildə ən günclü

Günəşdə yeni partlayış olub: Son 3 ildə ən günclü

Amerikalı mütəxəssislər Günəşdə böyük partlayış müşahidə edib.

Cebhe.info xəbər verir ki, Günəşdə yeni ləkələr 29 mayda kosmosdakı SDO vasitəsilə müşahidə olunub. Bu, 2017-ci ildən bəri Günəşdə ən böyük alışmadır. Mütəxəssislərin fikrincə, Günəşdəki yeni ləkələr 11 ildən bir baş verən dövrün əlaməti ola bilər. Məhz bu dövrdə Günəş sisteminin yeganə ulduzu fəallığını artırır, yeni alışmalar baş verir.

NASA-nın məlumatına görə, Günəşdəki bu alışmalar insan həyatına hələlik mənfi təsir etmir. Ancaq bu rabitə vasitələrinin işinə təsir edə bilər.

Xəzər
Cebhe.info

Mənbə: cebhe.info