ABŞ və Səudiyyə şirkətləri yeni PUA hazırlayır

ABŞ və Səudiyyə şirkətləri yeni PUA hazırlayır

ABŞ-ın UAVOS və Səudiyyə Ərəbistanının KACST şirkətləri “Saker-1C” adlı yeni orta hündürlükdə və uzaq məsafəyə uça bilən (MALE) pilotsuz uçuş aparatı hazırlayır. Ordu.az xəbər verir ki, bu barədə UAVOS şirkətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, “Saker-1C” sintetik radar (SAR), stabilləşdirilmiş elektro-optik/infraqırmızı (EO/IR) aşkarlama sistemi və s. ilə təchiz ediləcək.
PUA uzunmüddətli nəzarət, rabitə və axtarış-xilasetmə tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutulub.
“Saker-1C” 300 kq yükləmə qabiliyyətinə malikdir, Saker-1B-dən daha böyükdür.
Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az