Carlex Design Hyundai Santa Fe modelini aqressivləşdirib - FOTO

YPX.AZ xəbər verir ki, Hyundai Santa Fe krossoveri tünerlərin diqqətini cəlb edən bir avtomobil deyil. Bu günə qədər krossover üçün ciddi tüninq proqramını təklif edən tüner ortaya çıxmayıb. Polşanın Carlex Design atelyesinin mütəxəssisləri bu haqsızlığı aradan qaldırmaq qərarına gəliblər və Santa Fe modelinin tüninq üçün yararlı olduğunu nümayiş etdiriblər.

Polyak tüner avtomobilin radiator barmaqlığından başlamış arxa bamperinə qədər hər şeyi təkmilləşdirib. Krossover ikirəngli kuzova, iri ölçülü radiator barmaqlığına, yan kandarlara, arxa spoylerə, diffuzora , təkər tağlarının genişləndiricilərinə və buraxılış sisteminin dörd “lüləsinə” sahib olub.

Hyundai Santa Fe Urban Edition adlandırılmış modelin zahirində baş vermiş dəyişikliklərin ətrafdakıları kifayət qədər şoka salmadığını düşünən tüner, avtomobilin boz və qara rəngli tərtibata malik olan interyerini limon yaşılı haşiyələr ilə tamamlayıb. İnteryer tərtibarına istifadə edilə dəri və alkantara da yüksək keyfiyyətə malikdir.


Salonda güclü dəstəyə malik olan idman oturacaqları və "saat 12" markeri olan xüsusi idman sükan çarxı quraşdırılıb.

İstinad edildi: autograph

Ypx.az

ƏVVƏLKİ XƏBƏR

Bu ölkə Azərbaycanla sərhəddini açdı

SONRAKI XƏBƏR

ÜST: Daha bir virus yayılmağa başladı