“Google” Pixel smartfonlarına yeni “safety check” funksiyasını əlavə edib – Video

“Google” Pixel smartfonlarına yeni “safety check” funksiyasını əlavə edib – Video

Pixel smartfonlarına yeni “safety check” funksiyası əlavə edilib. Bu yenilik insanın evinə vaxtında qayıtmadıqda və təhlükə altında olduqda, onun yaxınlarına bu barədə xəbərdarlıq etmək imkanını verir.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“Safety check” funksiyasından istifadə etmək üçün istifadəçi smartfonun ayarlarında köməyə ehtiyac duyduğu səbəbi və onun evə çatma vaxtını seçməlidir.

Evə çatma müddəti başa çatdıqdan üç dəqiqə sonra onun yaxınları “Google Maps” vasitəsilə bu istifadəçinin koordinatları barədə məlumat alacaqlar.

Tətbiqdə həmçinin təcili hadisələr barədə xəbərdarlıq funksiyasını qoşmaq olar: məsələn, təbii fəlakətlər və ya fövqəladə vəziyyət.

Qeyd edək ki, “safety check” funksiyasının iOS əməliyyat sistemi üçün analoqu yoxdur.

Xatırladaq ki, Pixel 3 və 4 smartfon modellərində qəza barədə xəbərdarlıq funksiyası artıq mövcuddur. Smartfon hərəkət siqnalları, mikrofon və geolokasiya vasitəsilə hadisə barədə məlumat alır və bu qısa zamanda təcili yardım xidmətlərinə məlumat verir. Bu funksiya yalnız Avstraliya, Böyük Britaniya və ABŞ üçün əlçatandır.

Mənbə: banker.az