Həftər qüvvələri Alasba şəhəri üzərində nəzarəti bərpa etdiyini elan edib

Həftər qüvvələri Alasba şəhəri üzərində nəzarəti bərpa etdiyini elan edib

Xəlifə Həftərin rəhbərlik etdiyi Liviya Milli Ordusu BMT tərəfindən tanınan Milli Razılaşma Hökumətinə sadiq qüvvələr tərəfindən nəzarət olunan ölkənin şimal-qərbində yerləşən Alasba şəhərini ələ keçirdiyini bildirib. Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Həftər qüvvələrinin nümayəndəsi Əhməd əl-Mismari məlumat verib.
Qeyd edək ki, paytaxt Tripolinin cənub-qərbindəki yerləşən Alasaba şəhəri bir neçə həftə əvvəl Milli Razılaşma Hökuməti tərəfindən geri alınmışdı.
Sevinc Əliyeva
Ordu.az 

 

Mənbə: ordu.az