Azərbaycanda internet istifadəçiləri Wi-Fi şəbəkələrini kommersiyalaşdıra bilər

Azərbaycanda internet istifadəçiləri Wi-Fi şəbəkələrini kommersiyalaşdıra bilər

Azərbaycanda internet istifadəçiləri öz Wi-Fi şəbəkələrini kommersiyalaşdıra bilər.

Bunu "APA-Economics"ə "Akhundoff Group"un təsisçisi və İdarə Heyətinin sədri Telman Axundov deyib.

Onun sözlərinə görə, "WinFi" adlandırılan layihə artıq akselerasiyanı keçib və istifadəçilərin ixtiyarına verilib.

""WinFi" insanların həm öz Wi-Fi-nı paylaşmasına, həm də Wi-Fi üzərindən internetə qoşulmasına imkan verən layihədir. İstənilən şəxs öz Wi-Fi-nı paylaşaraq pul qazanmaq imkanına sahib olur. Bunun üçün iki mobil tətbiq mövcuddur: "WinFi Owner" və "WinFi User"", - deyə T. Axundov qeyd edib.

Qeyd edək ki, hazırda qeyd edilən mobil tətbiqlər "Google Play" və "App Store"də aktivdir. Wi-Fi paylaşmaq və şəbəkəyə qoşulmaq üçün əlavə cihazdan və qurğudan istifadə etmək tələb olunmur. Burada yalnız qeyd olunan iki mobil tətbiqdən istifadə etmək kifayətdir.

Wi-Fi sahibi "WinFi Owner" tətbiqi vasitəsilə öz Wi-Fi-nı paylaşır. İstifadəçi "Winfi User" tətbiqi vasitəsilə kiçik bir gündəlik haqq ödəyərək bütün "WinFi" nöqtələrindən istifadə etmək və internetə qoşulmaq hüququna sahib olur. İstifadəçilər "WinFi" nöqtələrinə qoşulmaqla limitsiz internet əldə edirlər.

Mənbə: apa.az