Böyük Britaniyada koronavirusun müalicəsi üçün beş dərman sınaqdan keçiriləcək

Böyük Britaniyanın 30 xəstəxanasında koronavirusun müalicəsi üçün beş dərman sınaqdan keçiriləcək.

AZƏRTAC- xəbər verir ki, “Guardian” qəzetində yazılan məlumata görə, Britaniyadakı elm adamları COVID-19-un təsirini yüngülləşdirmək üçün bu sınağı həyata keçirəcəklər.

İlk dəfə sınanacaq dərmanlar bunlardır: Heparin, Bemcentinib, Medi3506, Zilucoplan.

Bunlar Britaniyadakı 200 təsirli dərmanlar arasından seçilənlərdir. Sınaqlar zaman dərmanların faydalı olmadığı müəyyənləşərsə, başqa dərmanlar araşdırılacaq .

Hazırlanan yeni dərmanların güclü antiviral (antiviral dərmanlar grip müalicəsi üçün tez-tez təyin edilir) və iltihab əleyhinə təsirləri olduğunu müəyyən edilib.

Əgər sınanılan dərmanlar müsbət nəticələr verərsə, Oksford Universitetinin başlatdığı milli tədqiqat proqramının bir hissəsi olacaq.

Yeni dərmanların sınaqdan keçirilməsi üçün könüllü axtarılır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Məşhur basketbolçunun 25 milyon dollarlıq MALİKANƏSİ — FOTOLAR

SONRAKI XƏBƏR

PSJ "Arsenal"la danışıqlara başladı