NASA-dan təhlükəli asteroidin Yerə yaxınlaşması ilə bağlə xəbərdarlıq

NASA “Potensial təhlükə” kateqoriyasına aid edilən asteroidin Yerə yaxınlaşması ilə bağlı xəbərdarlıq edib.

Sabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, 163348 (2002 NN4) adı verilən asteroidin böyüklüyü 250-570 metrdir. O, iyunun 6-da Yerə yaxınlaşacaq və saniyədə 11,1 kilometr sürətlə planetimizə minimum məsafədən keçəcək.

Bu dəfə alimlər bir asteroidin Yerlə toqquşacağını proqnozlaşdırmırlar, çünki o, ayın orbitindən 13 dəfə daha uzaq məsafədə keçəcək. Eyni zamanda, asteroid potensial təhlükəli sayılır, çünki onun traektoriyası Yerin orbiti ilə kəsişir.

Sabah.az

ƏVVƏLKİ XƏBƏR

Dünyaca tanınmış basketbolçu öldü

SONRAKI XƏBƏR

Avropanın 5 şəhərində sürücüsüz avtobuslar sınaqdan keçiriləcək