Sosial şəbəkələr qaraya büründü - Fotolar

ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra internet istifadəçiləri sosial şəbəkələri dəstək və həmrəylik məqsədi ilə istifadə etməyə davam edirlər.

“Qafqazinfo” ABŞ-ın “Hitc” nəşrinə istinadən xəbər verir ki, iyunun 2-də "Blackout Tuesday" adı altında irqi ayrıseçkilik problemi haqqında məlumatlılığın artırılması kampaniyası keçirilib.

Floydun öldürülməsindən sonra sosial şəbəkələrdə qara kvadrat şəkilləri yerləşdirilməyə başlanılıb. 

Paylaşımlar Tvitter, İnstaqram, TikTok, Yutub sosial şəbəkələrində və digər platformalarda yer alıb.

Kampaniyaya “Nike”, “Reebok”, “Prada”, “Armani”, “L`Oreal”, “Estée Lauder” və s. dünyaca məşhur brendlər, eləcə də aktrisa Emma Stoun, müğənni Billi Ayliş və digər tanınmış şəxslər qoşulub.






Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Prezident İlham ƏLİYEV: Bizim sənayeləşmə, şaxələnmə üzrə səylərimiz həqiqətən yaxşı nəticələr verir

SONRAKI XƏBƏR

İtaliya A Seriyasının formatı dəyişə bilər